EN

Ərdoğanın müşaviri Şamda belə QARŞILANDI - VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın Dəməşqə gedib.

Day.Az haberler.com-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri və Milli Kəşfiyyat Təşkilatının (MİT) başçısı İbrahim Kalın suriyalılar tərəfindən Dəməşqdə böyük bir coşqu ilə qarşılanıb.

Əsəd rejimini devirmiş HTŞ lideri Əbu Məhəmməd əl-Culani, Dəməşqə gedən MİT başçısı İbrahim Kalını avtomobillə şəhər küçələrində gəzdirib.

İbrahim Kalın Əməvi məscidində namaz qıldıqdan sonra məscidin çıxışında böyük bir izdiham tərəfindən qarşılanıb.

MİT başçısının bu mühüm səfərinə Türk təhlükəsizlik işçiləri müşayiət edib və ciddi təhlükəsizlik tədbirləri görülüb.

Chosen
26
2
day.az

3Sources