EN

Qusar sakini dəm qazından ZƏHƏRLƏNDİ

Qusar rayonunun Quxuroba kənd sakini dəm qazından zəhərlənib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakini, 55 yaşlı Bədəl Kübər oğlu Əlimətov yaşadığı evdə dəm qazından zəhərlənib.

Dərhal rayon xəstəxanasına çatdırılan Əlimətovun həyatını həkimlər xilas edə biliblər. İlkin tibbi müdaxilədən sonra Bədəl Əlimətov reanimasiya şöbəsinə yerləşdirilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
37
50
bizim.media

10Sources