EN

Körfəz ölkələrinin turizm şirkətləri Azərbaycanda

Azərbaycan Turizm Bürosunun xətti ilə Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn və Omandan olan 27 turizm agentliyinin nümayəndələri üçün tanışlıq səfəri təşkil edilib.

Səfər müddətində Körfəz ölkələrinin turizm şirkətlərinin nümayəndələri Bakının turistik məkanları ilə yanaşı, “Şahdağ” Turizm Mərkəzini ziyarət edərək, ölkəmizin qış turizm imkanları və qış xizək mərkəzində təqdim olunan xidmətlərlə tanış olublar.

Səfər çərçivəsində, ikitərəfli əlaqələrin yaradılması və inkişaf etdirilməsinə dəstək məqsədilə 45-ə yaxın yerli şirkətlə B2B (biznesdən-biznesə) formatında görüşlər keçirilib.

Dövlət Turizm Agentliyinin məlumatına görə, 2024-cü ilin 11 ayı ərzində Yaxın Şərq ölkələrindən 244 min 511 nəfər ziyarətçi gəlib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17 faiz artım deməkdir.

Qəzənfər QASIMOV
XQ

Chosen
15
9
xalqqazeti.az

10Sources