EN

"Salome Tixanovskayanın taleyini təkrarlayacaq" - Ekspert

Gürcüstan prezidenti Salome Zurabişvili seçkilərdə uduzaraq Belarusu tərk edən Svetlana Tixanovskayanın taleyini təkrarlaya bilər. Bunu Rusiya mediasına açıqlamasında İMEMO RAN-ın Qafqaz sektorunun baş elmi işçisi Aleksandr Krılov deyib.

Ekspertin fikrincə, Gürcüstanda Avromaydanın analoqunu həyata keçirmək üçün gürcü müxalifətinin kifayət qədər resursu yoxdur. Zurabişvilinin tezliklə ölkəni tərk edərək Fransaya getməsi və özünü mühacirətdə olan Gürcüstanın qanuni prezidenti adlandırması ehtimalı da var.

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti Şota Apxaidze isə əks fikir söyləyib. O, əmindir ki, heç kim Zurabişvilini ölkədən qovmayacaq, ona görə də o, “mühacirətdə olan prezident” olmayacaq.

Tural

Chosen
50
news365.az

1Sources