EN

Gələn il BTQ-nin hesabatında kolonizasiya bölgələrinin sayı daha çox olacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gələn il Bakı Təşəbbüs Qrupunun (BTQ) hesabatında kolonizasiya bölgələrinin sayı daha çox olacaq.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov təşkilatın 14 dekabr - Dekolonizasiya Gününə həsr edilən hesabat təqdimatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təşkilat beyin mərkəzi kimi 7-dən çox hesabat hazırlayaraq təqdim edib:
"Bu il 17 beynəlxalq konfrans keçirilib və onların bəziləri BMT qərargahlarında, Nyu-Yorkda, Cenevrədə baş tutub. Həmçinin BMT-nin İnsan Hüquqları Komitəsindən Fransa hökumətinin Martinik və Yeni Kaledoniyada həyata keçirdiyi müstəmləkəçilik haqqında hesabat istənilmişdi. Bu son 5 ildə Fransa hökuməti qarşısında ilk tələb idi. BTQ tərəfindən 5 memorandum imzalanıb və bu üzrə 5 region üzrə QHT-lər, təşkilatlarla sıx əməkdaşlıq edilir".
Chosen
48
50
oxu.az

10Sources