Türkiyəli məşhur cütlük Eser və Berfu Yenerler pərəstişkarlarını sevindirəcək addım atıblar.
"Cebheinfo.az" xəbər verir ki, onlar yeni yarışma proqramının aparıcısı olacaqlar.
Daha dəqiq desək, cütlüklərin avtomobil qazandığı üçün yarışdığı əfsanəvi proqramı aparacaqlar.
İllər sonra ekranlara qayıdan sözügedən proqram bu dəfə isə "Ben Eşimi Bilmez Miyim" adlanacaq. Çəkilişlərinə start verilən layihə tezliklə "TV8" telekanalında yayımlanacaq.
Qeyd edək ki, sevilən cütlük daha öncə də "TV8"-də "Cevap ver Türkiye" proqramını təqdim edirdilər.