EN

BTQ-nin şöbə müdiri: Fransanın dənizaşırı əraziləri daha çox iqtisadi və sosial çətinliklərlə üzləşir

Bakı, 14 dekabr, AZƏRTAC

“İqtisadi bərabərsizliklər və inkişafa dair çağırışlar: Fransanın bəzi dənizaşırı əraziləri ilə ABŞ-ın asılı ərazilərinin müqayisəli təhlili”ndə də materik Fransa ilə onun dənizaşırı əraziləri, faktiki müstəmləkələri olan Yeni Kaledoniya və Fransız Polineziyası arasındakı iqtisadi, eləcə də əhalinin sosial vəziyyəti və həyat şəraiti, gəlirləri, logistik imkanları və sair fərqlərin müqayisələri aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) şöbə müdiri Elgün Hacıyev Dekolonizasiya Günü münasibətilə BTQ-nin genişmiqyaslı hesabatının təqdimatı zamanı söyləyib.

O bildirib ki, Fransa iqtisadiyyatı istehsal, xidmət və texnologiya kimi sənayelərin əhəmiyyətli töhfələri ilə yüksək şaxələnib. Bunun əksinə olaraq, Yeni Kaledoniya və Fransız Polineziyasının iqtisadiyyatı materik Fransa ilə müqayisədə məhdud diversifikasiyalı turizm, mədənçıxarma və kənd təsərrüfatı kimi xüsusi sektorlardan yüksək asılılıqla xarakterizə olunur. Bundan əlavə, Fransada adambaşına düşən ümumi daxili məhsul nisbətən çox olsa da, onun xaricdəki əraziləri daha yüksək işsizlik səviyyəsi, adambaşına düşən gəlirin aşağı olması kimi problemlərlə üzləşir.

“Tədqiqat, həmçinin Fransanın dənizaşırı ərazilərinin enerji istehsalı imkanlarını araşdırır. Bildirilir ki, xüsusilə Yeni Kaledoniya mədən sənayesindən, Fransız Polineziyası isə turizm və enerji idxalından asılıdır”, - deyə şöbə müdiri qeyd edib.

Chosen
39
2
azertag.az

3Sources