EN

Eyni mənzil bir neçə nəfərə satılır - Qarşısı necə alınacaq?

Bakı. Trend:

Ölkəmizdə beş min nəfərdən çox şəxs bir mənzilin bir neçə nəfərəsatılmasının qurbanı olub. Lakin mənzilin bir neçə şəxsə satılmasıilə bağlı problem sonadək həllini tapmayıb. Bu barədə SosialTədqiqatlar Mərkəzi məlumat yayıb.

Bu hallar hələ də davam etməkdədir.

Belə ki, Baş Prokurorluğun yaydığı məlumatda da yaşayışbinalarının tikintisi ilə məşğul olan şirkətlərin 100-dən artıqvəzifəli şəxsini eyni mənzilin birdən çox şəxsə satılması, habelətikinti layihələrinin tamamlanmaması halları ilə əlaqədar cinayətməsuliyyətinə cəlb edildiyi bildirilib.

Belə hallarla qarşılaşmış çoxsaylı vətəndaşlara vurulan maddiziyanın ödənilməsi istiqamətində də qanunvericiliyə uyğun olaraqmümkün həddə tədbirlər görülüb.

Bəs, insanlar mənzil alarkən bu halla üzləşməmək üçün nəetməlidirlər?

Məsələ ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspertRamil Osmanlı bildirib ki, alqı-satqı çox zaman notariusdan kənaraparıldığından qeydiyyatı olmur.

"Bu səbəbdən də vətəndaş mənzilin alqı-satqısı barədə heç hardanməlumat əldə edə bilmir. Hazırda eyni mənzilin bir neçə nəfərəsatılmasının qarşısını alan mexanizm yoxdur", - deyə ekspert əlavəedib.

Osmanlı daşınmaz əmlak sertifikatları məsələsinə də toxunub. Obildirib ki, Azərbaycanda bir neçə il əvvəl “Daşınmaz əmlaksertifikatları haqqında Qaydalar” təsdiq edilib.

"Eyni zamanda yeni qanunvericiliyə təminat qeydi məsələsininsalınması nəzərdə tutulub. Bu nəzərdə tutulsa da, indiki halda hələki, mümkün deyil. Çünki çox şirkət buna əməl etmir. Ona görə təklifedilir ki, elektron baza yaradılsın. Bütün şirkətlər tərəfindənməlumatlar həmin bazaya yerləşdirilsin və satılacaq mənzillərsertfikatlaşdırılsın.

Eyni zamanda mənzillər satıldıqca məlumatların bazada qeydiaparılsın. Məlumatların bazaya yerləşdirilməsi tikintişirkətlərinin qarşısına tələb kimi qoyularsa, bir mənzilin bir neçənəfərə satılmasının qarşısını müəyyən qədər almaq olar", - deyəekspert qeyd edib.

Məqalədə:
Chosen
622
8
az.trend.az

9Sources