İsrail Hərbi Hava Qüvvələri (IAF) Suriya ərazisində Tartus və Latakiya əyalətlərindəki altı hərbi hədəfə raket zərbələri endirib.Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.İsrail həmçinin Suriyanın mərkəzindəki Həma əyalətinin Masyaf şəhəri və Dəməşqin ətraflarında reydlər həyata keçirib.Telekanalın məlumatına görə, İsrail qüvvələri də Qolan təpələrində irəliləməyə davam edir və tanklar böyük Xan Arnaba şəhərinə daxil olub.