EN

İş adamının oğlunun həbsinin ŞOK DETALLARI – Hökuməti də qəzəbləndirib…

“Qafar Dəmirçinin idarəetdiyi, atasının sahib olduğu “Monte Ferro” şirkəti 2019-2021 ci illərdə Şəkidə və Qaxda toplam 3 min hektara yaxın meşə fondundan torpaq icarəyə götürüb məhv etmişdi. Bu ərazinin 2 min hektarından çoxu sıx və seyrək meşəlik ərazilər idi”.

“AzPolitika” xəbər verir ki, bunu eko-aktivist Cavid Qara sosial şəbəkədəki hesabında yazıb.

Onun sözlərinə görə, Dəmirçilər Şəkinin Layısqı kəndi yaxınlığında 850 hektarlıq ərazini də məhv ediblər: “Amma çatdırıb əkə bilmədiklərinə görə son 3-4 ildə təbii bərpa getmişdi. ETSN bu yay əraziyə baxış keçirib təbii bərpa gedən ərazilərin yenidən məhv edilməsinin məqsədə uyğun olmadığı qənaəti ilə meşə fonduna qaytarılmasını tələb etmişdi”.

Eko-aktivistin sözlərinə görə, sirkət isə son illərin cəzasızlıq mühutindən arxayınlaşıb və dövlət orqanını fakt qarşısında qoymaq üçün geri qaytarılması tələb edilən ərazini yenidən kürüməyə başlayıb: “Ərazi böyük olduğundan buna aylarla vaxt lazımdır. COP29 beynəlxalq iqlim konfransının başlamasına bir neçə gün qalmışa qədər bu proses davam edirdi. Biz ən son peyk görüntüləri ilə davam edən kürünmə prosesini ictimailəşdirdik və işin dərhal dayandırılması üçün hüquq mühafizə orqanlarına açıq müraciət etdik. Gün ərzində proses dayandı. Yoxlamalar başladı, bu da nəticəsi”.

C.Qara vurğulayır ki, Dəmirçilərin sırf dövlət orqanını fakt qarşısında qoymaq taktikası və COP ərəfəsində belə bir dağıdıcı fəaliyyətlə məşğul olması hökuməti də qəzəbləndirib.

Onun sözlərinə görə, 8 milyon böyük rəqəmdir, amma o belə dəymiş ziyanın qarşısında heç nədir: “Mən hesablasam, 100 milyon çıxar. Adam ağac kəsdiyinə görə həbs edilməyib. Maddənin adı qanunsuz ağac kəsmədir. Tərkibi isə ictimai əməlaka külli miqdarda ziyan vurduqda, bir qrup şəxs tərəfindən törədildikdə… 7 min manatdan artıq ziyan dəyəndə külli miqdar sayılır. 8 milyon ondan min dəfə çoxdur. Bu bəndlərin cəza sanksiyasının maksimum həddi 5 ilə qədər həbsdir. 2 ildən 5 ilə qədər həbs çərçivəsində istənilən cəza adekvat cəzadır”.

Eko-aktivist qeyd edir ki, bu hadisə yeganə olay deyil: “Bu il Qusarda da meşəni məhv edib ev tikintisi üçün satmış Qusar şəhərinin bədəliyyə sədri həbs edildi. İcra başçısı işdən çıxarıldı. Əvvəlki cəzasızlıq mühitinə arxayın olub meşə cinayətlərinə yenidən cəhd edənlər ağıllanmasa, belə həbslərin yenə olacağını gözləmək olar”.

Xatırladaq ki, Qafar Dəmirçi “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğludur. “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park”, “Caspian Business Center”, “Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və başqa plazalar “AGA Şirkətlər Qrupu”na bağlı iş mərkəzləridir. Bundan əlavə şirkətdə “AGA Group” maliyyə (“Ferrum Kapital” və “Caspian Audit”), kənd təsərrüfatı (“AGA Agro”, “Monte Ferro”), İnformasiya Texnologiyaları (“Bravo Online Systems”), turizm və hotelçilik (“Da Vinci” və “Caspian Palace” hotelləri) da fəaliyyət göstərir.

Chosen
36
5
medianews.az

9Sources