EN

Turizm Agentliyi “Şahdağ”a mediatur təşkil edib

Dövlət Turizm Agentliyinin və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə ölkədə qış mövsümünün açılışı ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Şahdağ”a mediatur təşkil edilib.

Azpost.info xəbər verir ki, mediaturun məqsədi Azərbaycanda qış turizminin inkişafı və təbliği istiqamətində dövlət tərəfindən atılan addımlar, turizm destinasiyaları və məhsullar, həmçinin turistlərə göstərilən xidmətlər və əyləncələr haqqında ictimaiyyəti məlumatlandırmaq, eyni zamanda “Şahdağ” Turizm Mərkəzində aparılan yenidənqurma və infrastruktur işləri, ziyarətçilərə təqdim olunan yeni xidmətlər, Mərkəzin hədəfləri və gələcək planları ilə tanış etməkdir.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov ölkənin turizm sənayesinin inkişafı strategiyasında yer alan əsas məqamlardan birinin mövcud turizm bazarları ilə əlaqələri dərinləşdirmək, eyni zamanda digər bazarlara çıxış imkanlarını asanlaşdırmaq, o cümlədən Azərbaycanı qış mövsümündə də cəlbediciliyini artırmaq olduğunu vurğulayıb.

Bildirilib ki, 2024-cü ilin 11 ayı ərzində ölkəyə 2.4 milyon turist gəlib.
Bu da ötən il ilə müqayisədə artıb. Xüsusilə Hindistan və Çindən gələn turistlərin sayında artım müşahidə olunub.

Azpost.info

Chosen
30
azpost.info

1Sources