EN

Hakan Fidandan xəbərdarlıq: “Bu, çox təhlükəlidir, dayanın”

İsrail Suriyada hadisələrin ən pis inkişaf ssenarisini müəyyən edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

“İsrail hadisələrin ən pis şəkildə necə inkişaf edə biləcəyini müəyyən edib və buna qarşı tədbirlər planı hazırlayıb. İsrail yeni hökumətin mövqeyindən əmin olmadığı üçün belə bir strategiya qəbul edib. Bu strategiya çox təhlükəlidir, biz artıq onlara xəbərdarlıq etmişik ki, bombardmanları dayandırın”, - nazir qeyd edib.


Müəllif: Qənirə Süleymanova
Chosen
42
teleqraf.com

1Sources