EN

İlan ili kimlərə UĞUR GƏTİRƏCƏK?

Məlum olduğu kimi 2025-ci İlan ili olacaq. Şərq ulduz falına görə, ilan müdriklik, bəsirət və zəka simvolu hesab olunur.

İlan ili: məna və simvolları

İlan Çin bürcünün altıncı heyvanıdır. Müdriklik, sakitlik, intuisiya və zəka kimi keyfiyyətlərlə əlaqələndirilir. Bəzi mədəniyyətlərdə ilan krallıq, dirçəliş və həyatın simvolu hesab olunur. Şərq astrologiyasına görə, ilan ili özünü təkmilləşdirməyə çalışan və dəyişiklikdən qorxmayanlar üçün uğurlu sayılır. Çin ənənəsinə görə, ulduz falındakı hər bir heyvan öz rənginə və bu da öz elementinə uyğundur.

Elementlər isə bunlardır:

Mavi (su elementi)

Qırmızı (yanğın elementi)

Yaşıl (ağac elementi)

Ağ (metal elementi)

Sarı (yer elementi).

2025-ci il yaşıl ağac ilan ili olacaq. Yaşıl ilanın sonuncu ili 1965-ci il idi. Ağac ən çox böyümə və məhsuldarlıqla əlaqələndirilir və yaşıl ağac ilan ilində doğulanlar işarənin ən incə nümayəndələri hesab olunurlar. İlan ilində doğulanlar əla intuisiya ilə seçilirlər. Onlar soyuqqanlı və müdrikdirlər. Ancaq bu, onları "ayaqlamaq" demək deyil. İlanlar yumşaq olsalar da, bir dəfə səhv gördükləri insandan gələcəkdə uzaqlaşırlar.

Yeni 2025-ci ili uğurlu qarşılamaq üçün nə geyinmək lazımdır?

Çin təqviminə görə, Yeni il yanvarın 1-də başlamır. Çində yeni il 2025-ci il yanvarın 29-da başlayacaq və 2026-cı il fevralın 16-dək davam edəcək.

Yeni ili qeyd etməyin əsas qaydası onu şən və mehriban şəraitdə qeyd etməkdir. Bu prosesdə geyim mühüm rol oynayır. Bu mənada 2025-ci ili qarşılayan zaman yaşılın bütün çalarları olan paltarı geyinmək mütləqdir.

İlan tək qaldıqda sakit bir heyvandır, buna görə bir çox mütəxəssis şəkil çəkdirərkən rənglərdən qaçınmağı məsləhət görür. Geyim seçimində sakit və dərin çalarlar olmalıdır. Görünüşünüzü qızıl, gümüş və ya taxta bəzək əşyalayı ilə tamamlaya bilərsiniz. Parçalara gəlincə, təbii materiallara üstünlük verilməlidir.

2025-ci ili necə qeyd etmək olar?

Yeni il üçün əsas ənənə evdə ümumi təmizlik işləri aparmaqdır. Həyatınıza yeni bir şey daxil etmək üçün evi səliqəyə salmaq, mebelə diqqət etmək və lazım olmayan hər şeyi çıxarmaq lazımdır.

Bayram üçün evi bəzəyərkən, bir çox insanlar gələn ilin sahibinin heykəlciklərindən və ya şəkillərindən istifadə edirlər. Bunun Yeni ildə uğurlar gətirə biləcəyinə inanılır. Yeni il ağacını ilin simvolu ilə də bəzəyə bilərsiniz. İlin simvolu da bu bayram üçün ən məşhur hədiyyələrdən biri hesab olunur.

Başqa bir məşhur Yeni il ənənəsi dəbdəbəli süfrədir. Yeməklərin bolluğunun gələn ildə ailənin rifahını təmin edəcəyinə və zənginlik simvoluna çevriləcəyinə inanılır. Yeni il süfrəsində təzə tərəvəz və göyərti qoymağı unutmayın. Çünki ilan təbii olan hər şeyə üstünlük verir.

Ət yeməkləri olmadan bayramı qeyd edə bilməzsiniz. Bunun üçün quş və heyvan ətini menyuya daxil edə bilərsiniz. Süfrəyə ədviyyatlı yeməklər qoymayın. Çünki kəskin qoxu ilanı qorxuda bilər. Eyni zamanda qazlı içkilər seçmək də tövsiyə edilmir.

Surxay Atakişiyev, Bizim.Media

Chosen
34
1
bizim.media

2Sources