EN

Gürcüstanın gələcək altıncı prezidenti Kavelaşvili kimdir?

Hakim “Gürcü Arzusu” partiyasının namizədi Mixail Kavelaşvili rəsmən Gürcüstanın prezidenti vəzifəsinə seçilib.Onun andiçmə mərasimi 2024-cü il dekabrın 29-da baş tutacaq. Eyni zamanda, ölkənin beşinci prezidenti Salome Zurabişvilinin səlahiyyətləri başa çatacaq.Mixail Kavelaşvili 22 iyul 1971-ci ildə Bolnisi şəhərində anadan olub. 1989-cu ildə Tbilisi Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub və 1990-cı ildə onun uğurlu idman karyerası başlayıb.1988-ci ildən 1995-ci ilə qədər futbolçu Tbilisi "Dinamo"sunda oynayıb, sonra Vladiqafqazın Alaniya klubuna keçib, "Mançester Siti", "Qraşofer" və bir sıra digər Avropa klublarında oynayıb.Peşəkar məşqçilik fəaliyyəti ilə məşğul olmaq üçün UEFA lisenziyasına malikdir. Futbol mütəxəssisidir.

Kavelaşvili futbol üzrə Gürcüstan milli komandasının keçmiş hücumçusu və üç çağırış Gürcüstan parlamentinin deputatıdır - 2016-2020, 2020-2024 və 2024-2028-ci illər.

2022-ci ilin iyununda o, bir neçə deputatla birlikdə “Gürcü arzusu”ndan ayrılaraq 2024-cü ildə partiyaya çevrilən “Xalqın Gücü” siyasi hərəkatını təsis edib. “Xalqın Gücü” “Gürcü Arzusu”nun tərəfdaşı oldu.Mixail Kavelaşvili, Dmitri Xundadze, Sozar Subari və başqaları “Gürcü arzusu”ndan getmələrini hakim partiyanı utandırmadan, ölkə üçün vacib olan bütün məsələlərdə xalqla açıq danışmaq istəyi ilə izah ediblər.Gürcüstan hakimiyyətinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən və Ukraynadakı silahlı münaqişəyə qarışmaqdan imtina etməsi səbəbindən Qərbin ədalətsiz hücumlarının hədəfinə çevrilməsindən birinci onlar danışıblar.Hazırkı XI çağırış parlamentə “Xalq Gücü”nün nümayəndələri “Gürcü arzusu”nun partiya siyahısı ilə daxil olublar.

Chosen
20
anspress.com

1Sources