EN

Ömrünün 21 ilini Sednaya həbsxanasında keçirən TÜRKİYƏLİ: "Cəsədlərdən çarpayı düzəldib..." - VİDEO

Suriyanın Sednaya həbsxanasında 21 il dustaq olan Türkiyə vətəndaşı Riyad Avlar başına gələn bəzi hadisələri danışıb.

Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, o, 2017-ci ildə azadlığa çıxıb və ömrünü onunla eyni taleyi paylaşanların müdafiəsinə həsr edib.

"Əvvəlcə mənə hər gün işgəncə verməyə başladılar, bütün günü, hətta gecə də. Zəncir gətirib məni zəncirlədilər. O vaxt gənc idim, özümə baxıb dedim: Axı, mən kiməm və niyə bu işgəncələr başıma gətirilir?"

Riyad Avlar bildirib ki, Sednaya həbsxanasında məhkumların yatmağa belə yerləri olmayıb:

"Bəzi məhbuslar ölən dostlarının cəsədlərini yığıb, özlərinə çarpayı düzəldib, onların üstündə yatıblar".

Qeyd edək ki, Riyad Avlar 1995-ci ildə təhsili üçün Hataydan Suriyanın Hələb şəhərinə yollanıb. Lakin onu Türkiyəyə casusluq ittihamı ilə həbs edərək Sednaya həbsxanasına salıblar.

Məlumat üçün əlavə edək ki, Sednaya həbsxanası 1987-ci ildə tikilib və hərbi personalın saxlanılması üçün nəzərdə tutulub. Ancaq sonradan əsasən siyasi məhbusların və hökumət əleyhdarlarının saxlanıldığı bir həbsxanaya çevrilib.

Chosen
14
2
avtosfer.az

3Sources