EN

7 dövlət, Avropa İttifaqı və BMT Suriya ilə bağlı toplandı, Blinken HTŞ lideri ilə danışıqlar apardıqlarını dedi: "YPG-yə gəldikdə isə..."

Dövlət katibi Antoni Blinken ABŞ-ın terror təşkilatları siyahısında olan və Suriyada Baas rejimini devirən qruplaşmaların lideri "Heyət Təhrir əl-Şam"la (HTŞ) birbaşa əlaqə qurduqlarını təsdiqləyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, İordaniyada açıqlama verib.

O bildirib ki, Suriya son yarım əsrdə deyil, cəmi bir həftədən çox dəyişib: "Birləşmiş Ştatlar və digər regional güclər Suriyanın müvəqqəti liderlərinin gələcək Suriya hökuməti üçün "dəstək və tanınma" müqabilində əməl etməsini gözlədiyimiz bəzi prinsiplərlə bağlı razılaşıb. Biz Suriyada etnik azlıqların və qadınların hüquqlarına hörmət edilməsi, terrorçu qruplara qarşı heç bir dözümlülük göstərilməməsi, kimyəvi silah ehtiyatlarını məhv olunması və Suriyanın qonşuları ilə xoş münasibətlər içində qalmasını gözləyirik".

Bir jurnalistin bu prosesdə ABŞ-ın terror qruplaşması olaraq gördüyü HTS ilə əlaqə yaradıb-yaratmaamsı barədə sualına isə Blinken belə cavab verib: "HTŞ və digər tərəflərlə birbaşa əlaqə yaradılıb".

Suriyadakı PKK/YPG terror təşkilatı qruplarına gəldikdə, Blinken onlarla bağlı Türkiyədə  görüşlər keçirdiyini xatırladıb. O, əlavə edib ki, İŞİD Suriyadakı keçid prosesindən faydalanmağa çalışa bilər: "Bu baxımdan YPG-nin hazırkı məqamda qorunması çox vacibdir".

Tahir Şəlvəli
MİA.AZ

Chosen
37
mia.az

1Sources