EN

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 14 faiz artıb

Cari ilin yanvar-noyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 14 milyard 993 milyon manata yaxın vergi daxil olub, proqnoza 104,1 faiz əməl edilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, ödənilən vergilərin 68,6 faizi qeyri-neft-qaz sektorunun, 31,4 faizi isə neft-qaz sektorunun payına düşüb.

Hesabat dövründə qeyri-neft-qaz sektorundan daxilolmalar 10 milyard 286 milyon manatdan artıq olub, dövlət büdcəsinə proqnozdan əlavə 292 milyon manatdan çox vəsait ödənilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 14,1 faiz artıb.

 

Chosen
23
16
xalqqazeti.az

10Sources