EN

Rus hərbçiləri Ələvi dağlarından geri çəkilir - "Röyters"

Rusiya qoşunlarını Suriyanın şimalındakı cəbhə xəttindən və Ələvi dağlarındakı mövqelərdən geri çəkir.

Axar.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat dərc edib.

Qeyd olunur ki, Bəşər Əsədin devrilməsindən sonra Rusiya hərbçiləri ölkədəki iki əsas bazasını tərk etməyib. Peyk çəkilişlərinə əsasən, Xmeymimdəki hərbi bazada yerləşən iki An-124 təyyarəsi böyük ehtimalla yüklənməyə hazırlaşır. Hətta təyyarələrdən birinin Liviyaya da uçduğu xəbəri yayılıb.

Eyni zamanda ruslarla təmasda olan Suriya hərbi və təhlükəsizlik rəsmiləri agentliyə bildiriblər ki, Moskva öz ordusunu cəbhə xəttindən çıxarır və bəzi ağır texnikanı, eləcə də yüksək rütbəli suriyalı zabitləri geri çəkir.

Öz növbəsində, adının çəkilməsini istəməyən mənbələr qeyd ediblər ki, Rusiya özünün iki əsas bazasından qoşunlarını çıxarmır və hazırda bunu planlaşdırmır.

Chosen
35
2
axar.az

3Sources