EN

Suriyaya qayıdanların sayı sürətlə artır - Nazir

Bəşər Əsəd rejiminin süqutundan sonra qaçqınların Suriyaya qayıdışı artıb. Təkcə dekabrın 9-dan 13-dək olan müddətdə Türkiyədən öz vətənlərinə könüllü olaraq 7621 qaçqın qayıdıb və ümumilikdə bu ilin 11 ayı ərzində bu göstərici 121 min 695 nəfər təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Nazirin sözlərinə görə, Türkiyədə Suriyadan olan qaçqınların sayı 2 milyon 938 min nəfərdən çoxdur, onların əksəriyyəti Hələb vilayətinin keçmiş sakinləridir.

Chosen
27
axar.az

1Sources