EN

Sergey Narışkin Əsədlə bağlı suala “Bilmirəm” cavabını verdi

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Suriyanın keçmiş prezidenti Bəşər Əsədə dövlət mühafizəsinin verilməsi ilə bağlı məlumatı təsdiqləməyib.

Bizim.Media xəbər verir ki, o, TASS-ın bu barədə sualını cavablandırarkən “Bilmirəm” deməklə kifayətlənib.
 

“Bu, mənə aid olan sual deyil”, - Sergey Narışkin bildirib.


Xatırladaq ki, dekabrın 8-də Suriyada müxalif qüvvələr hakimiyyəti ələ keçirdiklərini və Bəşər Əsədin ölkəni tərk etdiyini açıqlayıblar. Daha sonra Bəşər Əsəd və ailəsinin Rusiyadan siyasi sığınacaq aldığı məlum olub.

Bizim.Media

Chosen
14
8
bizim.media

10Sources