EN

İranda müğənni xanım edam ediləcək

İran təhlükəsizlik xidmətləri  hicabsız verdiyi onlayn konsertdən sonra müğənni Parasta Əhmədi və dörd musiqiçini saxlayıb.

“Cebheinfo.az” xəbər verir ki, ölkədə “YouTube” məhdudiyyətlərinə baxmayaraq, video tez bir zamanda viral oldu və 1,5 milyon baxış topladı. İranın qanunlarına əsasən, qadınların solo mahnı oxuması və ya hicabsız ictimai yerlərdə görünməsi qadağandır.

Qanunu pozanları 10 ilə qədər həbs, bəzi hallarda isə ölüm cəzası gözləyir. Parasta Əhmədi əvvəllər də icbari hicaba qarşı etiraz aksiyalarında iştirak edib və bu, hakimiyyətin onun ifasını şüurlu şəkildə itaətsizlik aktına çevirdiyini deyir.

Chosen
41
cebheinfo.az

1Sources