EN

Tanker qəzası ilə bağlı SON DƏQİQƏ: 13 dənizçi...

Xəbər verdiyimiz kimi, Kerç boğazı yaxınlığında "Volgoneft 212" adlı tanker qəzaya düşüb. 

Bakuinfo.net xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, tankerdən 13 dənizçi təxliyə edilib, bir ekipaj üzvü isə həlak olub.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir. İlkin ehtimallara əsasən, qəza texniki nasazlıq və ya əlverişsiz hava şəraiti səbəbindən baş verə bilər.

Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyi ("Rosmorreçflot") qəzanın ekoloji nəticələri ilə bağlı narahatlıq doğuran açıqlama yayıb. Məlumata görə, qəza nəticəsində dənizə neft məhsulları sızıb ki, bu da bölgədə ciddi ekoloji problemlərə yol aça bilər.

Hazırda hadisə yerində mütəxəssislər sızmanın miqyasını və ətraf mühitə vurulan ziyanın dəqiq ölçülərini müəyyən etmək üçün araşdırma aparırlar.

Təxliyə əməliyyatına Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə dəstələri cəlb olunub. Nazirliyin məlumatına əsasən, ekipaj üzvlərinin böyük hissəsi vaxtında xilas edilib. Lakin ölən şəxsin kimliyi və qəzanın dəqiq başvermə şəraiti ilə bağlı əlavə araşdırmalar aparılır.

Chosen
45
1
bakuinfo.net

10Sources