EN

Əsəd ailəsinin xaricdəki aktivlərinin axtarışı başlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra onun ailəsinin və qohumlarının xaricdəki aktivləri üçün "ov" başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal"a Ağ Evin keçmiş rəsmisi Endrü Teybler məlumat verib.
Qeyd olunur ki, aktivlər arasında İsveçrə banklarında hesablar, Dubayda daşınmaz əmlak, Vyanadakı biznes var.
Nəşr iddia edir ki, Əsədin həyat yoldaşı Əsma Axrasın ailə üzvləri, keçmiş prezidentin anası Anisa Maxluf və əmisi Rifat Əsədin adına olan xarici aktivləri üzə çıxarmaq mümkün olub. Müəyyən edilmiş aktivlər arasında Anisa və onun qardaşı Məhəmməd Maxlufun İsveçrədəki "Credit Suisse" bankındakı hesabları, Axras ailəsinin Avropa və Körfəz ölkələrindəki qeyri-qanuni şəbəkələrindən əldə olunan gəlirlər, Anisanın qardaşı oğlu Hafiz Maxlufun Moskvadakı 22.3 milyon dollar dəyərində əmlakı yer alır.
Qəzet qeyd edir ki, ən çox aktivlər Məhəmməd Maxlufun oğullarından biri olan Raminin adına olub. Söhbət Rumıniyadakı daşınmaz əmlak, HSBC bankının Kayman və Britaniya Virgin adalarındakı filiallarında 18 hesab, Dubayda daşınmaz əmlak və 43 milyon dollar dəyərində şəxsi təyyarədən gedir.
Chosen
51
42
oxu.az

10Sources