EN

Colani Rusiya ilə bağlı başından yekə bəyanat verdi- onlara bir fürsət veririk…

Image

Suriyadakı silahlı müxalifətin lideri Əbu Məhəmməd Colani Rusiyaya münasibətləri nəzərdən keçirmək fürsət verdiyini deyib. 

Suriya televiziyasına danışan Colani bildirib ki, Suriyanın yeni administrasiyasının Rusiyanı təxribata çəkməkdən çəkindiyini və Moskvaya münasibətləri yenidən dəyərləndirmək şansı tanıdığını deyib. 

Bu açıqlama Suriyanın gələcək siyasi quruluşunda Rusiya ilə əməkdaşlığa açıq olduqlarının göstəricisi kimi şərh edilir.

Ancaq Moskvanın Colaninin bu tonda açıqlamasına necə reaksiya verəcəyi maraq doğurur.

Xatırladaq ki,  Rusiya Suriyadakı mövcudluğunu davam etdirir. Yaxın Şərqdəki mövcudluğunu itirməmək üçün Latakiyadakı Hmeymim hərbi hava bazasında və Tartusdakı dəniz bazasında hərbi hissələri saxlamaqa davam edir. 2017-ci ildə Moskva ilə Əsəd hökuməti arasında bağlanan razılaşma çərçivəsində Rusiya hərbi birləşmələrinin bu bazalarda 49 il ödənişsiz qalmasına icazə verilib.

Qeyd edək ki, dekabrın 8-də Colaninin başçılıq etdiyi silahlı müxalif “Heyet Təhrir əl-Şam” (HTŞ) qruplaşmasının rəhbərlik etdiyi əməliyyat nəticəsində Dəməşq ələ keçirilib və Bəşər Əsəd rejimi devrilib. HTŞ Rusiya, Türkiyə, ABŞ və Britaniya tərəfindən terror təşkilatı hesab edilir. Əsəd rejiminin süqutundan sonra müxalifət Muhanmed əl-Bəşiri müvəqqəti baş nazir təyin etməklə “Suriya Azadlıq Hökuməti”nin qurulması prosesinə başlayıb. Əl-Bəşirin 2025-ci il martın 1-dək müvəqqəti hökumətə rəhbərlik edəcəyi açıqlanıb.

TAHİR





Chosen
17
baki-xeber.com

1Sources