İngiltərə klubu “Vulverhempton” baş məşqçisi Qari Onil ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Bu qərar "canavarlar"ın İpsviçə (1:2) evdə məğlub olmasından bir gün sonra verilib. “Vulverhempton” klubunun rəhbəri Ceff Şi Onilə gördüyü işlərə görə təşəkkür edib və ona gələcəkdə uğurlar arzulayıb.
Onil 2023-cü ilin yayından "Vulverhempton"i çalışdırırdı. Komanda onun rəhbərliyi altında 63 oyun keçirib, 20 qələbə, 11 heç-heçə və 32 məğlubiyyətlə yadda qalıb.
"Vulverhempton" hazırda Premyer Liqanın turnir cədvəlində 9-cu yerdədir.
Mirağa