Siyəzəndə 15 yaşlı qız dəm qazından boğulub.
Bizim.Media xəbər verir ki, hadisə Siyəzən şəhərində, Sabir küçəsi 8 ünvanında qeydə alınıb.
2009-cu il təvəllüdlü Gülər Vəkilli Siyəzən Müalicə Mərkəzinə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu