EN

15 yaşlı qız dəm qazından boğuldu - FOTO

Siyəzəndə 15 yaşlı qız dəm qazından boğulub.

Bizim.Media xəbər verir ki, hadisə Siyəzən şəhərində, Sabir küçəsi 8 ünvanında qeydə alınıb.

2009-cu il təvəllüdlü Gülər Vəkilli Siyəzən Müalicə Mərkəzinə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Vəkillər ailəsinin bu, sağ qalan yeganə uşağı idi. Üç il əvvəl ailənin 2 oğlu Samur-Abşeron kanalında boğulub ölmüşdü.

Ailə növbəti faciəni bu gün yaşayıb.

Faktı Siyəzən rayon prokurorluğu araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
12
1
bizim.media

2Sources