EN

Suriyadakı həmin həbsxanadan FOTOLAR

Suriyada dekabrın 8-də “Baas”ın süqutu ilə rejim həbsxanalarında saxlanılan minlərlə insan azadlığa buraxılıb. 

Paralel.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, paytaxt Dəməşqdəki Mezze Hərbi Həbsxanasındakı qeyri-insani şəraitdə olan bölmələr görüntülənib.

Görüntülərdə devrilmiş Əsəd rejiminin hərbi kəşfiyyat bölməsinin idarə etdiyi həbsxanada məhkumların divarlara şeirlər yazması, şəkil və təqvimlər çəkməkləri diqqət çəkib.

Qeyri-insani şəraitin olduğu görünən həbsxanada aralarında qadınların da olduğu təxminən 700 nəfərin saxlandığı bildirilir.

Həbsxanada bir nəfərlik kameralarda 6 və ya 8 məhbusun, təxminən 10 nəfərlik kameralarda isə 80 nəfərin saxlandığı məlum olub.














Chosen
37
7
paralel.az

10Sources