EN

"Həmin hadisədən sonra Telli ilə münasibəti kəsdim"

"Həmin hadisədən sonra Telli ilə münasibəti kəsdim"Aşıq Zülfiyyə İbadova qalmaqal yaşadığı həmkarı Telli Borçalıdan danışıb.

Axşam.az xəbər verir ki, bu haqda aşıq "Bir gün" verilişində deyib. O bildirib ki, həmin qalmaqaldan sonra Telli ilə münasibəti kəsib:

"Həmin hadisədən sonra münasibətə son qoydum. Nə görüşmədik, nə qarşılaşmadıq. Mənim günahım olarsa, balaca uşaqdan da üzr istəyərəm. Ətrafındakı adamlar onu başa salmalı idi. Amma kimlərinsə xoşuna gəlib onu qızışdırmağa. Mən də bir söz eşitdim, ona zəng vurub soruşdum ki, belə şey demisən? Qayıtdı ki, yox. Amma indi düşünürəm ki, bəlkə də elə deyib".

Qeyd edək ki, Zülfiyyə daha əvvəl açıqlamasında sahibi olduğu restorandan danışaraq "Aşıq Telliyə sazımı etibar etmərəm. Həmişə gəlir bizim restorana yeyir, sonra da sazını unudub gedir. Zəng edir ki, sazım orada qalıb" deyə, bildirib. Bu söz Tellinin xoşuna gəlməmiş və onlar arasında mübahisə düşmüşdü.

Chosen
31
10
sonxeber.az

10Sources