EN

Türkiyə Suriyada PKK-nı məhv edəcək

Türkiyə Suriyada Kürdüstan Fəhlə Partiyasını (PKK) məhv etmək niyyəti barədə ABŞ-ni məlumatlandırıb və Vaşinqtonun "mövqeyinə yenidən baxacağına” ümid edir.Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​deyib.

O vurğulayıb ki, nə Suriya xalqı, nə yeni Suriya rəhbərliyi, nə də Türkiyə PKK-nın Suriyada fəaliyyət göstərməsinə icazə verməyəcək.

"Bizim prioritetimiz PKK terror təşkilatını məhv etməkdir. Biz bunu amerikalı tərəfdaşlarımıza açıq şəkildə çatdırdıq. Biz onlardan öz mövqelərinə yenidən baxacaqlarını gözləyirik”, - deyə nazir qeyd edib.

www.anews.az
Chosen
17
19
anews.az

10Sources