EN

Qətər Dəməşqdəki səfirliyini yenidən açacaq

 Qətər rəhbərliyi 2011-ci ildə bağlanan əmirliyin Dəməşqdəki səfirliyini dekabrın 17-dən etibarən yenidən açmağa qərar verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Qətər Dövləti çərşənbə axşamından etibarən qardaş Suriya Ərəb Respublikasındakı səfirliyini yenidən açdığını elan edib.
Dəməşqdəki səfirliyin bərpası 2011-ci ildə keçmiş Suriya hökuməti ilə diplomatik münasibətlərin kəsilməsindən təxminən 13 il sonra baş verir.

Qətər Xarici İşlər Nazirliyinin Afrika Departamentinə rəhbərlik edən Xəlifə Abdulla Əl Mahmud əl-Şərif Qətərin Suriyadakı müvəqqəti işlər vəkili vəzifəsinə təyin edilib.

Chosen
34
ucnoqta.az

1Sources