EN

Mayottada baş verən qasırğada ölənlərin sayı mini ötə bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransanın Hind okeanında dənizaşırı ərazisi Mayotta adasında tüğyan edən dağıdıcı "Çido" qasırğası nəticəsində ölənlərin sayı bir neçə minə çata bilər.
Oxu.Az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Qeyd olunur ki, Mayottaya xilasedici qüvvə, eləcə də lazımi dərmanlar göndərilməsinə baxmayaraq, fəlakət nəticəsində ən azı bir neçə yüz insan həlak olub, ölənlərin sayı isə mini keçə bilər.
Qasırğanın nəticələrinin aradan qaldırılması üzrə işləri arxipelaqa yollanan Fransanın daxili işlər və xarici ərazilər naziri Bruno Retaylo koordinasiya edəcək.
Chosen
71
oxu.az

1Sources