EN

“Borussiya Dortmund” ardıcıl üçüncü oyunda tilsimi qıra bilmir

Futbol üzrə Almaniya çempionatının – Bundesliqanın 14-cü turuna üç oyunla yekun vurulub.

Publika.az xəbər verir ki, günün əsas oyunu çempionatda üçüncü və dördüncü pillələrdə yer alan “Ayntraxt Frankurt” və “Leytsiq” komandaları arasında keçirilib. Görüşdə “Leyptsiq” Frankfurt təmsilçisini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Doğma meydanda “Hoffenhaym”ın müqavimətini qıra bilməyən “Borussiya Dortmund” ardıcıl üçüncü dəfə heç-heçə edib – 1:1.

“Ştutqart” isə səfərdə “Haydenhaym”a 3:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, turun ötən gün oynanılan görüşlərində “Bavariya” səfərdə "Maynts 05” komandasına 1:2 hesabı ilə uduzaraq bu mövsüm Bundesliqada ilk məğlubiyyətini yaşayıb. Digər qarşılaşmalarda “Bayer Leverkuzen” səfərdə “Auqsburq”un qapısından iki cavabsız top keçirib. “Borussiya Münxenqladbax” ev oyununda “Holştayn Kiel”i 4:1 hesabı ilə məğlub edib. “Union Berlin” – “Boxum” matçında qalib müəyyənləşməyib – 1:1. “Verder Bremen” səfərdə “St. Pauli” komandasına 2:0 hesabı ilə qalib gəlib. Turun dekabrın 13-də oynanılan açılış matçında isə “Frayburq” doğma meydanda “Volfsburq”u 3:2 hesabı ilə məğlub edib.

Chosen
20
2
publika.az

3Sources