EN

Deputatlar Mərakeşə gedirlər

Milli Məclis sədrinin müavini Rafael Hüseynov və parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa dekabrın 17-də keçiriləcək “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda beynəlxalq konfransda iştirak üçün Mərakeş Krallığının Rabat şəhərinə səfər edəcəklər.

Modern.az-ın məlumatına görə, deputatlar burada Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO-nun) birgə təşkilatçılığı ilə keçirilən konfransın işinə qatılacaqlar, “Ortaq bəşəri dəyərlər, müxtəlif dinlər” adlı sərgi ilə tanışlıq olacaqlar.

Vitse-spiker Rafael Hüseynovun konfransda çıxışı və tədbirdə iştirak edən nümayəndə heyətləri üzvləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

Səfər dekabrın 18-də başa çatacaq.

Chosen
44
5
modern.az

6Sources