EN

“Bütün kommunal xidmətlər bir paketdə göstəriləcək” – Əlişir Kadırov

Yazını böyüt
Yazını kiçilt

Özbəkistanda yaxın iki ildə bütün kommunal xidmətlər paket şəklində, bir qurum tərəfindən təmin ediləcək və borclar da ümumiləşdiriləcək.

Hafta.az-ın yazdığına görə, bu barədə Özbəkistan “Milli Dirçəliş” Partiyasının sədri Əlişir Kadırov məlumat verib.

Partiyanın parlament fraksiyasının bu il dekabrın 9-da keçirilən iclasında tullantıların toplanması və daşınmasına görə ödəniş intizamının gücləndirilməsini nəzərdə tutan qanun layihəsi müzakirələrə səbəb olub. Bu layihə tullantılara görə borcu olanların SMS vasitəsilə məlumatlandırılmasını, borcu bildirildikdən sonra ödəniş edilmədikdə elektrik enerjisi haqqının alınmasının müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur.

Deputatlar qanun layihəsini mütəmadi müzakirə edərək, bu məsələ ilə bağlı ayrıca araşdırmaların aparılmasının, yəni yeni tətbiq edilən sistemin yerlərdə işləməsi ilə bağlı əlavə məlumatların verilməsi zərurətini əsas götürərək, layihənin baxılmasını fraksiyanın növbəti iclasına təxirə salıblar. Məsul idarənin nümayəndələri etirazı qəbul edib və tezliklə bu məsələ ilə bağlı əlavə məlumat verəcəklərini söz veriblər. Fraksiya tərəfindən dəstəklənməyən qanun layihəsi hətta palatanın plenar iclasının gündəliyinə belə salınmayıb.

Bu qanun layihəsi dekabrın 12-də fraksiyanın təşəbbüsü ilə təşkil olunan iclasda müzakirə olunub. Məsul idarənin nümayəndələri tərəfindən tullantı haqqı borcu olan şəxslərə SMS vasitəsilə məlumat veriləcək, borcu bildirildikdən sonra ödəniş həyata keçirilmədikdə isə elektrik enerjisi üçün ödənişlərin qəbulu müvəqqəti məhdudlaşdırılacaq. Bildirilib ki, tullantıların toplanması və daşınmasında ödəniş intizamının gücləndirilməsinə yönəlmiş yeni sistem əbəs yerə hazırlanmayıb.

Qeyd edək ki, Özbəkistanda məişət tullantılarının yığılması və daşınması üzrə əhaliyə göstərilən xidmətlərə görə debitor borcları hazırda 596 milyard som təşkil edir. Bu da ilin əvvəli ilə müqayisədə 115 milyard som çoxdur. Borcların tutulması üçün məhkəmələrə ərizələrin verilməsi ilə bağlı regional qurumlarına həvalə edilmiş tapşırıq da praktikada səmərəsizdir.

Ə.Kadırov qeyd edib ki, tullantıların toplanması, saxlanması və emalı cəmiyyətin sağlamlığı üçün vacibdir. Düzgün saxlanılmayan poliqonlar kimyəvi silah qədər təhlükəlidir və Özbəkistanda 200 belə poliqon var. Tullantılar məsələsi son, təhlükəli həddə çatıb. İnvestorlar nizamsız bir sistemə milyardlarla vəsait xərcləmək istəmirlər və sərmayə olmadan da sistem dəyişdirilə bilməz.

Chosen
9
hafta.az

1Sources