EN

ABŞ Ukraynaya Javelin raketlərinin tədarükünü azaldır – ÖZƏL

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya Javelin tank əleyhinə raketlərinin tədarükünün azaldılacağını bəyan edib. Bu qərarın səbəbi Kiyevin silahların düzgün inventarizasiyasını aparmaması olub. 

Olaylar.az xəbər verir ki, məlumatı RIA Novosti yayıb.

Pentaqonun sənədində qeyd olunur ki, "SCIP-EUM məlumat bazasında bu müdafiə vasitələrinin statusunu yoxlayarkən müəyyən etdik ki, 2022-ci ildə Ukraynaya təhvil verilmiş raketlərin 91%-i üçün ilkin və ya illik inventarizasiya aparılmayıb." Bu məlumat ABŞ Müdafiə Nazirliyinin keçirdiyi audit nəticələrinə əsaslanır.

Hesabatda vurğulanır ki, əsas diqqət Ukraynaya tədarük olunan və son istifadəyə geniş nəzarət tələb edən silahlara yönəlib. Həmçinin, bu cür hərbi texnikanın "həssas texnologiyalara malik olduğu və ya xüsusilə təkrar yönləndirilmə və ya qeyri-məqsədli istifadə riski daşıdığı" qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
20
olaylar.az

1Sources