EN

Belarusda Tixanovskayanın adamı azadlığa buraxıldı

Belarusda 2020-ci il prezident seçkilərində müxalif namizəd Svetlana Tixanovskayanın yaxın adamı olmuş Antonina Konovalova azadlığa buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə Konovalovanın anası məlumat verib.

Konovalovanın hansı əsasla azadlığa buraxıldığı barədə məlumat verilmir. Ehtimal olunur ki, o, əhv edilib.

Qeyd edək ki, Konovalova 2020-ci ilin sentyabrın 6-da qanunsuz aksiyalarda iştirak etdiyi üçün saxlanılmışdı. Məhkəmə onu 9120 Belarus rublu məbləğində cərimələsə də, Konovalova həbsdən buraxılmamışdı. Daha sonra isə ona qarşı cinayət işi açılmışdı.

Chosen
29
axar.az

1Sources