EN

Cənubi Koreyada partiya sədri istefa verdi

Cənubi Koreyanın hakim "Vətəndaş Gücü" Partiyasının sədri Han Donq-hun parlamentin prezident Yoon Seok-Yeola impiçment elan etməsindən sonra istefa verib.

Adalet.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

"Üzvlərinin istefası ilə əlaqədar partiyanın Ali Şurasının buraxılması ilə artıq partiyanın sədri kimi vəzifələrini normal şəkildə icra etmək mümkün deyil. Mən partiya sədri vəzifəsindən gedirəm”, - deyə agentlik siyasətçinin sözlərindən sitat gətirib. 

Han Donq-hun prezidentin impiçmentindən duyğuları incimiş həmvətənlərindən və "Citizen Power" tərəfdarlarından hərbi vəziyyətin tətbiqinə görə üzr istəyib. Dekabrın 14-də Cənubi Koreya parlamenti prezident Yoon Seok-yeola impiçment elan edib və bu, hələ Konstitusiya Məhkəməsi tərəfindən təsdiqini tapmayıb. 

Chosen
10
1
adalet.az

2Sources