EN

Nazir Azərbaycanda istehsal, idxal və ixrac edilən elektrik enerjisinin həcmini açıqlayıb

Bu ilin yanvar-noyabr aylarında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 25 932,5 mln. kVt·st, ixracı 1 255,3 mln. kVt·st, idxalı 159,8 mln. kVt·st olub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı su elektrik stansiyalarında 1 142,7 mln. kVt·st, günəş elektrik stansiyalarında isə 470,5 mln. kVt·st artıb. Bu dövrdə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı 14% olub", - deyə paylaşımda qeyd olunub.

Chosen
23
7
ikisahil.az

8Sources