İranda “Qaher” pilotsuz döyüş təyyarəsinin (PDT) uçuş sınaqları həyata keçirilir.
“Poliqon” “Tasnim”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Aviasiya Sənayesi Təşkilatının (IAIO) rəhbəri Afşin Xacefard deyib.
Onun sözlərinə görə, “Qaher-313” döyüş təyyarəsinin pilotsuz versiyası olan bu PDT keçirilən sınaqlarda ümidverici nəticələr göstərir.
Qeyd edək ki, İran “Qaher-313” döyüş təyyarəsini ilk dəfə 2013-cü ilin fevralında nümayiş etdirib. Bir nəfərlik, “stealth” xüsusiyyətinə malik 5-ci nəsil döyüş təyyarəsi olan “Qaher-313” qısa məsafəli uçuş-enmə zolaqlarına qalxıb-enə bilir.