EN

AMEA-nın bu tenderi baş tutmadı - SƏBƏB

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Aparatı tərəfindən kompüter, printer, skaner və digər texniki və təsərrüfat avadanlıqlarının alınması və quraşdırılmasının satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib. 

Paytaxt.org 32gun.az-a istinadən xəbər verir ki, bunun səbəbi Nəzarət orqanının qərarıdır. 

Nəzarət orqanının  AİBNDX/SQ-13864/2024 nömrəli qərarına əsasən təchizatçıların sayı üçdən az olduğu üçün sözügedən satınalma ləğv edilmişdir.

Xatırladaq ki, AMEA prezidenti, akademik İsa Həbibbəylidir. 

Chosen
21
paytaxt.org

1Sources