Aktual.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasına sədr Sahibə Qafarova rəhbərlik edir.
İclasda Azərbaycanın Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak edir.
İclasın gündəliyinə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında”, "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında”, "İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi ilə bərabər ümumilikdə 14 məsələ daxil edilib.