EN

Azərbaycanın 2025-ci il üçün büdcəsi daha 40 milyon manat artırılıb

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə daha 40 milyon manat artırılıb.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, gələn il büdcə gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çoxdur), xərclərinin isə 41 milyard 407,6 milyon manat (+4,2 %) olacağı gözlənilir.

"Artım büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların və ona müvafiq olaraq büdcədənkənar xərclərin 40 milyon manat artırılması hesabınadır", - deyə o qeyd edib.

Chosen
3
12
aznews.az

10Sources