EN

Mahir Məmmədov 2024-cü ili dəhərləndirib

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov 2024-cü ili dəyərləndirib.

İdman.biz xəbər verir ki, qurum rəhbəri ilin yekunlarına həsr edilən tədbirindən sonra uşaq və gənclərin şahmatçıların nəticələrini uğurlu hesab etmədiyini deyib.

O bildirib ki, 2024-cü ildə ən yadda qalan məqam Ülviyyə Fətəliyevanın Avropa çempionluğu olub: "Azərbaycan tarixində indiyədək olmamış nailiyyətdir. Buna qədər yalnız Teymur 2010-cu ildə Polşada təşkil edilən Avropa çempionatında ikinci yerə layiq görülmüşdü. Ülviyyənin qazandığı çempionluğu Azərbaycanın birinci vitse-prezident Mehriban Əliyeva da təbrik etmişdi. Dövlət başçısı İlham Əliyevin idmana qayğısı yüksəkdir. Ayan Allahverdiyevanın da uğurunu vurğulamaq istərdim".

Məmmədovun sözlərinə görə, federasiyanın İcraiyyə Komitəsi şahmatçılara etik davranış qaydaları ilə bağlı qərar qəbul edəcək: "Növbəti ildən şahmatçılara təqaüd və dəstək proqramı nəzərdə tutmuşuq. O cümlədən, şahmatçıların etik davranış qaydaları təsdiq olunaraq saytımızda yerləşdiriləcək. Tələbləri yerinə yetirəcək şahmatçıların üzünə bütün qapılar açıq olacaq. Proqlamlara bütün şahmatçılar dəvət olunacaqlar".

Emin Ağa
İdman.biz

Chosen
14
idman.biz

1Sources