EN

“ABŞ böyük bəlaya düçar olacaq“ – İlon Mask

“Əgər ölkə rəhbərliyi büdcə kəsirini azalda bilməsə, ABŞ böyük bəlaya düçar olacaq”.
Bu barədə milyarder İlon Mask “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
“Bu, həddən artıq borc götürmüş bir adamın vəziyyətindən heç də fərqlənmir”, – o yazıb.
Maskın ABŞ-nin seçilmiş Prezidenti Donald Trampın administrasiyasında Vivek Ramasvami ilə birlikdə hökumətin səmərəliliyini artırmaq üçün yeni departamentə rəhbərlik edəcəyi gözlənilir.

 

Chosen
25
4
moderator.az

7Sources