Gələn il dövlət büdcəsinin xərcləri 41 milyard 407,6 milyon manat olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
2025-ci ildə dövlət büdcəsinin gəlirləri isə 38 milyard 356 milyon manat olacaq.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
***
“2025-ci ilin büdcə layihəsi müasir Azərbaycan tarixində ən böyük büdcədir”.
Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“2025-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 38,4 milyard manat, xərcləri isə 41,4 milyard manat proqnoz edilir. Makroiqtisadi proqnozlara əsasən, 2025-ci ildə Ümumi Daxili Məhsulun 3,5% (129,2 mlrd.azn), qeyri-neft sektoru üzrə 4,9% real artım tempi proqnozlaşdırılır”, - deyə Baş nazir bildirib.
Nuranə Daxilqızı