EN

Sənədsiz evlərlə bağlı qanun layihəsi hazırlanır - Yenilənib

“Sənədsiz evlərlə bağlı qanun layihəsi hazırlanır. Nəzərə almaq lazımdır ki, həmin ərazilərdə məskunlaşma plansız həyata keçirilib”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Torpaq Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı keçirilən brifinqdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov bildirib.

Onun sözlərinə görə, Dövlət Xidməti hüquqların yalnız qeydiyyatı prosesini həyata keçirir:

“Bu hüquqları yaradan heç bir sənədi biz vermirik. Torpaqayırma hüququ icra hakmiyyətlərinin səlahiyyətindədir. Həmin evlər bu sənədlər olmadan tikilib. Bununla bağlı hazırlanan qanun layihəsində bu məsələlər öz əksini tapmalıdır”.

***

R. Şahbazov qeyd edib ki, hazırda ölkə üzrə 400 minə yaxın sənədsiz tikili var.

O bildirib ki, 2019-cu ildə Bakıda və ölkənin digər şəhər və rayonlarında qeyri-qanuni tikililərin inventarlaşdırılması ilə bağlı tapşırıq verilmişdi: “Yerli icra hakimiyyəti orqanları bunu bizim nümayəndələrlə birgə həyata keçirirdilər. Lakin pandemiya ilə əlaqədar həmin proses başa çatmadı. Ümumilikdə qeydiyyata alınmayan fərdi yaşayış evi və tikililərin sayı təxminən 400 minə yaxndır”.

Gülnar Əliyeva

Chosen
16
4
qafqazinfo.az

5Sources