EN

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi Şəhadətləndirmə" altsistemi və proaktiv təyinat mexanizmi IDDA AWARDS müsabiqəsində ilk iki yeri tutublar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Tibbi Şəhadətləndirmə" altsistemi IDDA AWARDS müsabiqəsində ”İlin Rəqəmsal Layihəsi” nominasiyası üzrə birinci yeri, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun proaktiv təyinat mexanizmi isə ikinci yeri tutub.

 

Müsabiqə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil edilib. Məqsəd ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq və fəaliyyətinə dəstək olmaq, ölkə innovasiyasının inkişafında aktiv iştirak edənlər arasında rəqabət mühiti yaratmaqdır.

 

”İlin Rəqəmsal Layihəsi” nominasiyası üzrə müsabiqənin qalibi elan edilən "Tibbi Şəhadətləndirmə" altsistemi vasitəsilə çağırışçıların yekun tibbi qiymətləndirilməsinin həyata keçirilməsi prosesində qurumlararası məlumat mübadilələrinin elektronlaşdırılması təmin edilib. Bu da prosesdə şəffaflık və çevikliyin, obyektiv yanaşmanın, vətəndaş məmnunluğunun təminatına imkan verib.

 

Çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün Mərkəzi Hərbi-Həkim Komissiyasının rəyi təsdiq edilərək Nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə müvafiq göndəriş daxil edilir. Həmin göndərişə əsasən çağırışçılar onlar üçün avtomatik təyin edilən e-növbəlilik qaydasında Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində əyani müayinələrdən keçirilir. 

 

2019-cu ildən yaradılan proaktiv təyinat mexanizmi isə sosial ödənişlərin onları almağa hüququ yaranmış vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac olmadan, elektron qaydada təyin edilməsinə şərait yaradıb. Sosial ödənişlərin proaktiv təyinatı mexanizmi ötən dövrdə bir çox beynəlxalq mükafatlara da layiq görülüb.

Chosen
6
1
qht.az

6Sources