Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış edən futbolçuların bazar qiymətləri yenilənib. Siyahıda dünyaca məşhur ulduzlar Kriştiano Ronaldo, Neymar, Türkiyə Superliqasına dönəcəyi iddia edilən Taliska və türk milli ulduz Merih Dəmiral da yer alıb. Transfermarkt məlumatlarına görə ulduz futbolçular Neymar, Ronaldo, Demiral və Taliscanın enişləri diqqət çəkib. Neymarın bazar dəyəri 15 milyon avro azalaraq 30 milyon avrodan 15 milyon avroya düşüb.
Sherg.az xəbər verir ki, yeniləmədən sonra “Əl-İttihad”da çıxış edən Moussa Diabi 55 milyon avrodan 35 milyon avroya 36,4 faiz azalsa da, liqanın ən dəyərli oyunçusu titulunu qoruyub.
Ronaldonun bazar dəyərinin 15 milyon avrodan 12 milyon avroya düşməsinə baxmayaraq, o, 34 yaşdan yuxarı dünyanın ən dəyərli oyunçularından biri olaraq qalır. Ronaldonun 40 yaşı tamam olanda Transfermarkt tarixinin ən dəyərli 40 yaşlı oyunçusu ola bilər.
Son iki ildə 60-dan çox matçı buraxan və bu mövsüm cəmi 42 dəqiqə oynayan Neymarın bazar dəyəri 15 milyon avro azalaraq 30 milyon avrodan 15 milyon avroya düşüb. Bu, Neymarın 6 sentyabr 2010-cu ildən bəri ən aşağı bazar dəyəridir.
“Əl-Əhli”də çıxış edən milli futbolçu Merih Dəmiralın dəyəri 16 milyon avrodan 14 milyon avroya düşüb. 2026-cı ilə qədər müqaviləsi olan milli futbolçu bu mövsüm 18 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.
Adı "Fənərbaxça" ilə hallanan Taliskanın dəyəri 1 milyon avrodan 12 milyon avroya düşüb.