EN

Mühafizə zolaqlarına düşən tikililərlə bağlı qanun layihəsi hazırlanır

Azərbaycanda neft kontraktlarının əhatə etdiyi  və mühafizə zolaqlarında yerləşən sənədsiz tikililərlə bağlı qanun layihəsi hazırlanır. 

FED.az xəbər verir ki bunu  Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov bu gün keçirilən Torpaq Məcəlləsinə edilmiş dəyişiklərlə bağlı brifinqdə məlumat verib. 
"Qanun layihəsi hazırlanması üçün işçi qrupu yaradılıb. Bakı Şəhər İcra Hakimiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Ədliyyə Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsindən olan işçi qrupu qanun layihəsinin üzərində işləyir."- deyə o öz çıxışında bildirib

Chosen
17
fed.az

1Sources